Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib

 İlahiyyat İnstitutunun bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib


Newscenter.az.30.04.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Şirvanşahlar Saray Kompleksini ziyarət edib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ tələblərinə Azərbaycan memarlığının incilərindən olan Şirvanşahlar sarayı və burada aparılan arxeoloji qazıntılar, kompleksin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yeddiəsrlik mövcudluğu ərzində Şirvanşahlar dövləti orta əsrlər Azərbaycanın dövlətçilik tarixində özünəməxsus iz qoyub. Ayrı-ayrı hökmdarlar – I Fəribürz, III Mənuçöhr, I Şeyx İbrahim, I Xəlilullah kimi görkəmli dövlət başçıları haqqında məlumatlar verilib, onların hakimiyyət illərinin Şirvanşahların intibah dövrünə təsadüf etdiyi bildirilib.

Tələbələr tarixi abidə kompleksinə daxil olan Saray binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, Keyqubad məscidi, Murad darvazası, Saray məscidi, Şirvanşahlar türbəsi, Saray hamamı, ovdantikililərini ziyarət edərək, hər biri haqqında maraqlı tarixi faktlarla tanış olublar. Tələbələr, həmçinin Şirvanşahlar dövrünə aid nadir eksponatlar, qədim dövrlərə məxsus maraqlı maddi-mədəni irs nümunələrinə baxış keçiriblər.

Ekskursiya tələbələrin marağına səbəb olub.
Xəbəri paylaş