Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sitrus meyvələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Sitrus meyvələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib


Newscenter.az.30.04.2019. Aprelin 30-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sitrus meyvələrininn istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibakrlarla görüş keçirilib.

Newscenter.az a AQTA-dan bildirilib ki, tədbirdə AQTA sədrinin müavini Balarəhim Quliyev istehsal, idxal və ixrac olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. B.Quliyev sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova AQTA tərəfindən Aralıq dənizi meyvə milçəyinin təhlükəliliyi nəzərə alınaraq, zərərvermə risklərinin araşdırıldığını və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə idxal olunması nəzərdə tutulan sitrus bitkilərinə dair fitosanitar tələblərin hazırlandığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, sitrus bitkilərinin tinglərini ölkəyə idxal etməzdən əvvəl tinglərin torpaqdan azad və meyvəsiz olmasına, idxal edilən meyvələrin isə müvafiq müddət və temperaturda saxlanılaraq daşınması şərtlərinə diqqət yetirilməlidir. Eyni zamanda zəruri məlumatlar fitosanitar sertifikatda öz əksini tapmalıdır. Bununla bağlı hər hansı uyğunsuzluq aşkar olunarsa, Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq fitosanitar tədbirlər həyata keçiriləcəkdir.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Orxan
Xəbəri paylaş