Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Akifdən Vahabzadəyə iki şair, bir şeir “istiqlal” adlı silsilə tədbirlər keçiriləcək

“Akifdən Vahabzadəyə iki şair, bir şeir “istiqlal” adlı silsilə tədbirlər keçiriləcək


Newscenter.az.1.05.2019. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Bakı Yunus Emre İnstitutunun dəstəyi, Sebilürrəşad Tarix, Təhsil, Mədəniyyət Dərnəyi, Ekonomik Əlaqələr Dərnəyi (EkoAvrasiya) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı ilə “Akifdən Vahabzadəyə iki şair, bir şeir “İstiqlal” adlı layihə həyata keçiriləcək.

Newscenter.az-a Bakı Yunus Emre İnstitutundan bildirilib ki, Bakı və Sumqayıt şəhərlərini əhatə edəcək layihə çərçivəsində tədbirlər 1-4 may tarixlərində baş tutacaq. Tədbirlərin ilk günü, türk heyəti tərəfindən Şəhidlər xiyabanı, Fəxri xiyabanda isə Ulu öndər Heydər Əliyevin və Bəxtiyar Vahabzadənin qəbri ziyarət ediləcək, əbədi məşəl abidəsinin önünə çələng və qərənfil qoyulacaq.

Həmin gün 15:00-18:00 saatları arasında Milli Elmlər Akademiyasının konfrans zalında “Məhməd Akif Ərsoy & Bəxtiyar Vahabzadə” paneli keçiriləcək. Panel “Məhməd Akif Ərsoyun həyatı, İstiqlal marşı və hekayəsi” və “”Bəxtiyar Vahabzadənin həyatı, azadlıq mübarizəsi və Vətən eşqi” başlıqlı 2 sessiya olaraq nəzərdə tutulur.
Tədbirin davamı olaraq saat 19:30-da Sumqayıt şəhəri, Turan Restoranında “Şeirlər və türkülər türkü söyləyir” proqramı keçiriləcək, hər iki şairin hüzur verən misralardan ibarət Vətən, bayraq, azan kimi müqəddəs dəyərlərimizdən bəhs edən şeirlər, Türkiyədən gələn və Azərbaycandan qatılan məruzəçilər tərəfindən Vətən, bayraq və qəhrəmanlıq türkülərinin müşayiəti ilə səsləndiriləcək.

Tədbirin ikinci günü, 3 may 2019-cu il tarixində Xəzər Universitetində “Türkiyə-Azərbaycan könül körpüsü” başlığı altında “Gənclik Görüşləri” proqramı keçiriləcək.

Layihə çərçivəsində “Safahat” və “Vətən, millət və ana dili” kitabları 110 illik hekayədən bəhs edən Sebilürrəşad məcmuasının “İki şair bir şeir İstiqlal” başlıqlı xüsüsi nömrəsi iştirak edənlərə ödənişsiz paylanacaq.
Xəbəri paylaş