Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Startaplara dəstək məqsədilə konsorsium yaradılıb

Startaplara dəstək məqsədilə konsorsium yaradılıb


Newscenter.az.1.05.2019. Startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də, əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi, nazirliyin tabeli qurumu olan "AzİnTelecom" MMC, "Lenovo", "Nutanix" və "iQRex" şirkətləri ilə birgə konsorsium yaradılıb.

Newscenter.az xəbər verir ki, konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də startaplar riskli hədəf qruplarına aid edilir. Bu baxımdan onlar böyük maliyyə yükü olan layihələrdən kənarda qalır. Əksər vaxt startaplar istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən elan edilən tenderlərə buraxılmırlar. Yaradılan konsorsium bu sahədə startapların şansını artıracaq.
Xəbəri paylaş