Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyanın Ahmad Dahlan Universiteti ilə Əməkdaşlıq Protokolu imzalanıb

İndoneziyanın Ahmad Dahlan Universiteti ilə Əməkdaşlıq Protokolu imzalanıb


Newscenter.az.2.05.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokolu Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum imzalayıblar. Tədbirdə, həmçinin İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani iştirak edib.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Xəbəri paylaş