Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb

Təhsil müəssisələrində akademik Zərifə Əliyeva anılıb


Newscenter.az.2.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Newscenter.az xəbər verir ki, tədbirlərdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.
R.Mehdiyeva
Xəbəri paylaş