Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AİRP 2019 İllik İnsan Resursları Konfrans və Sərgisi” keçiriləcək

“AİRP 2019 İllik İnsan Resursları Konfrans və Sərgisi” keçiriləcək


Newscenter.az.3.05.2019. 04 may 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkiltları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə “İnsan resursları biznes tərəfdaşınız kimi” şüarı ilə “AİRP 2019 İllik İnsan Resursları Konfrans və Sərgisi” keçiriləcəkdir. (www.ahrp.az)

Newscenter.az-a ASK-dan bildirilib ki, 500-ə yaxın insan resursları sahəsinin peşəkarlarının və qonaqların iştirakı gözlənilən Konfransda çıxışlar, praktiki təlimlərdən ibarət sessiyalar nəzərdə tutulmuşdur. Çıxışçılar arasında şirkət rəhbərləri, transmilli şirkətləri təmsil edən rəhbərlər, orta və böyük şirkətləri təmsil edən insan resursları peşəkarları da yer alacaqdır.
Xəbəri paylaş