Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünən Əli İnsanov

Axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünən Əli İnsanov


Newscenter.az.3.05.2019. Keçmiş səhiyyə naziri Əli İnsanov Prezident əfvi ilə 14 illik həbsdən çıxan günü haylı-küylü açıqlamasından sonra sanki bir müddətliyinə taym-aut götürmüş kimi görünürdü. Susurdu. Və bizə elə gəlirdi ki, adam tələm-tələsik açıqlamalar verməsinin səhv olduğunu, səsləndirdiyi fikirlərin isə sadəcə öfkədən irəli gəldiyini sonradan anlayıb və buna görə də səssizliyə çəkilib, siyasətdən kənarlaşıb, siyasi iddialarından əl çəkib. Lakin gözləntilərimiz özünü doğrultmadı.

Adam bu günlərdə sükutu pozdu. Danışdı. Müsahibə verdi. Bəs müsahibəni kimə versə yaxşıdır? Həbsdən çıxdığı andan etibarən özünü "Amerika uşağı" kimi aparan bu qocaman tibb akademikimiz ilk böyük müsahibəsini də yerli KİV-lərə deyil, məhz kölgəsinə sığınmağa çalışdığı ABŞ-ın maliyyələşdirdiyi "Amerikanın səsi" radiostansiyasına verdi. Kaş ki, heç danışmayaydı. Mən onun müsahibəsini diqqətlə izlədim. Yazdığı (daha doğrusu, yazdırdığı) "şparqalka"nı üzündən belə oxumağa çətinlik çəkən bu eks-nazirimiz müsahibəsində iddiaları özündən böyük olan fikirlər səsləndirdi. Məsələn, dedi ki,"insan hüquqlarını bərpa edəcəm"... Görün insan hüquqlarını kim bərpa edəcəkmiş - Əli İnsanov. Həmçinin, yeni siyasi partiya yaradacağını və müxalif mövqedə duracağını bəyan edən bu macəraçı persona müsahibə boyunca hazırki iqtidarın daxili və xarici siyasətini geninə-boluna tənqid etməyə çalışdı. Və bilə-bilə ki, özü də əvvəllər bu iqtidarın təmsilçilərindən, öncüllərindən biri olub, lakin elə görüntü yaratmağa çalışdı ki, sanki o heç vaxt bu iqtidarın sıralarında olmayıb və elə bineyi-qədimdən də müxalifətçi imiş. Bu qədər qırmızılığı əlbəttə ki, yalnız Əli İnsanov bacarardı.
Axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünən Əli İnsanov

Uinston Çörçildən və Marqaret Tetçerdən xəbəri olmayan, amma onların adı keçən fikirləri kağızdan oxuyaraq İlham Əliyevi tənqid etməyə çalışan bu "yeni siyasətçi" hətta tənqid etdiyi dövlət başçımızın neçə ildir prezident olduğunu da dəqiq bilmir, rəqəm səhvinə yol verir. "Mən burdan bəyan edirəm: mən kəfən boynumda çıxmışam bu yola, məni qorxutmaq mümkün deyil" deyən və guya hazırda faktiki olaraq ev dustaqlığı şəraitində yaşadığını iddia edən Əli İnsanov 14 illik həbs müddətində əslində zərrə qədər də islah olunmadığını və müdriklik keyfiyyətlərini qazana bilmədiyini bir daha nümayiş etdirdi. Kəfənin missiyasını dərk etmədiyi də öz yerində. Odur ki, axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünən Əli İnsanovu lap yaxın gələcəkdə "Milli Şura"nın mitinqlərində, AXCP-çi adaşı Əli bəyin sağ tərəfində, tribunada dayanmış görsəniz heç də təəccüblənməyin. Dünən iqtidarın sağında dayanan "ştreykbrexer"in bu gün müxalifətin sağında dayanması tamamilə anlaşılandır. Hərçənd ki, normal deyil.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş