Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ müdiri vətəndaşları qəbul edib

BŞTİ müdiri vətəndaşları qəbul edib


Newscenter.az.3.05.2019. Mayın 3-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 149 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
R.Mehdiyeva
Xəbəri paylaş