Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında Heydər Əliyevin 96 illiyinə həsr olunmuş yarış keçiriləcək

Gənclər arasında Heydər Əliyevin 96 illiyinə həsr olunmuş yarış keçiriləcək


Newscenter.az.3.05.2019. Sabunçu rayonunda gənclər arasında Ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual çempionat keçiriləcək. Newscenter.az xəbər verir ki, çempionat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə Sabunçu Gənclər Evinin və Bakı Şəhəri üzrə Təhsil idarəsinin əməkdaşlığı çərçivəsində icra olunacaq layihələrdən birid.ir.

Layihənin məqsədi gənclərdə elmə olan marağı, intellektual yarışlarda iştirak vərdişlərini artırmaq, onların məntiqi təfəkkürünü və onlar arasında komanda işi bacarıqlarını inkişaf etdirməkdir.

4-7 may tarixlərini əhatə edən çempionatda Sabunçu rayonunda yerləşən 47 tam orta təhsil müəssisəsindən 300-ə yaxın gənc iştirak edəcək. Çempionatın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Xəbəri paylaş