Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə EKTİS-in tətbiqinə dair səyyar xidmət təşkil edilib

İmişlidə EKTİS-in tətbiqinə dair səyyar xidmət təşkil edilib


Newscenter.az.3.05.2019. İmişli rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, rayonun Qaradonlu kəndində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar ASAN Xidmət avtobusu cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində və İmişli ASAN Xidmət Mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.

İmişlidə EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gün ərzində 698 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Bununla da İmişlidə EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 3219 nəfərə çatıb.

Qeyd edək ki, mayın 3-dək ölkə üzrə 141491 fermer EKTİS-də qeydiyyatdan keçib. EKTİS-də ən çox Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər qeydiyyatdan keçib.
Orxan
Xəbəri paylaş