Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AFAQ-ın təqdimat mərasimi keçiriləcək

AFAQ-ın təqdimat mərasimi keçiriləcək


Newscenter.az.6.05.2019.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə layihəsi olan AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsinin təqdimat mərasimi keçiriləcək.

Newscenter.az-a DATŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərasimdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, dövlət və özəl sektorun, eləcə də beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, millət vəkilləri, qadın fermer və sahibkarlar iştirak edəcək.

Təqdimat mərasimi mayın 7-də Fairmont otelin "Üzeyir Hacıbəyov" zalında keçiriləcək.
Orxan
Xəbəri paylaş