Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rumıniya və Macarıstana elektrik enerjisi ixrac edir

Azərbaycan Rumıniya və Macarıstana elektrik enerjisi ixrac edir


Newscenter.az.6.05.2019.
May ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.

Bu barədə məlumat Newscenter.az-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, oların da hər ikisində “Azərenerji” ASC uğur əldə edib. “Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

Qeyd edək ki, “Azərenerji” ASC ixrac imkanlarının artırılması ilə yanaşı enerjisitemin etibarlığının təmin edilməsi, o cümlədən artan təlabatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.
Xəbəri paylaş