Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Külli miqdarda psixotrop maddə -metamfetamin aşkar edilib

Külli miqdarda psixotrop maddə -metamfetamin aşkar edilib


Newscenter.az.6.05.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Yusubov Mahir Əbdülağa oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi, sellofan torbaların içərisində polietilenə bükülərək qablaşdırılmış 1 ədəd bağlamada, xalis çəkisi 1028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş