Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərdə sürücülərdən diqqətli olmaq tövsiyə edilir

Bu ərazilərdə sürücülərdən diqqətli olmaq tövsiyə edilir


Newscenter.az.7.05.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, anoloji işlər Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq .

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar
Xəbəri paylaş