Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclik” metrostansiyasında sərgi təşkil edilib

“Gənclik” metrostansiyasında sərgi təşkil edilib


Newscenter.az.7.05.2019. “Bakı Metropoliteni” QSC-nin “MetroGallery ” layihəsi çərçivəsində daha bir sosialyönümlü tədbir keçirilib. Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Bakcell” şirkətinin dəstəyi ilə Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilir.

Sərginin açılışı mərasimində xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell” şirkətinin rəsmi nümayəndələri, həmçinin şanlı Qələbənin ruhunu yaşadan veteranlarımız Bağır Məlikov, Hümbət Əliyev iştirak ediblər. Açılış mərasiminin iştirakçılarını salamlayan Bəxtiyar Məmmədov 9 May - Qələbə Gününün Azərbaycan xalqı üçün əlamətdar bir gün olduğunu, minlərlə azərbaycanlı oğul və qızlarının Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşduğunu qeyd edib. Azərbaycan bu müqəddəs savaşda həm də arxa cəbhədə böyük fədakarlıqlar nümayiş etdirib. "Təkcə Bakı nefti faktoru bu qələbədə Azərbaycanın rolunun nə qədər vacib olduğunu əyani nümayiş etdirir" deyən Bəxtiyar Məmmədov neçə belə faktın sərgidə nümayiş etdirilən stendlərdə əksini tapdığını qeyd edib. Xidmət şöbəsinin rəisi Lalə Babayeva foto-sərgi haqda məlumat verərək, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində daha bir sosial layihəsinə start verildiyini bildirib. O, 6 ay davam edəcək sərgidə 57 müharibə qəhrəmanının şəkilləri ilə yanaşı, dövlətimizin veteranlarımıza diqqət və qayğısını əks etdirən foto stendlər və Böyük Vətən müharibəsində Azərbaycanın roluna həsr olunmuş müxtəlif məzmunlu məlumat lövhələrinin də nümayiş etdirildiyini vurğulayıb.
Anar

Xəbəri paylaş