Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kimlərsə CHP-nin küçələrə çıxmasında maraqlıdır

Türkiyədə kimlərsə CHP-nin küçələrə çıxmasında maraqlıdır


Newscenter.az.7.05.2019. “Ərdoğan çox təhlükəli qərara getdi. Yeni seçki,Türkiyə üçün heç də yaxşı olmaya bilər. Görünür Türkiyədə CHP-nin çöllərə çıxmasına maraqlıdırlar”.

Newscenter.az xəbər verir ki, bu fikirkəri müstəqil ekspert Kamran Sultanlı səsləndirib. O, qeyd edib ki, bununla həm də prosesi siyasi dividentə çevirmək istəyirlər:

“Təbii ki, bu qərar demokratiya və Türkiyədə sandıq mədəniyyəti adına çox mənfi qərardı. Üstəlik bu gün uzun müddətdən sonra Öcalanın hesabatı, onunla görüşə icazə vermələri, İstanbulda 4 milyona yaxın kürdlərin səsinin AKP-yə yönləndirilməsinin ilk ciddi addımıdır. Təbii ki, AKP yeni seçkilərdə hansısa siyasi manevrlərə güvənir və ya Kürdlər istiqamətində yumşalmalar ilə onların da səsini qoparmağa çalışır. Çünki səs fərqi İstanbulda elə də çox deyildi. Amma istənilən halda, İmamoğlu fəaliyyəti ilə çoxlarının rəğbətini qazanıb və məncə indi küçələrə çıxmaq təhlükəli olar. CHP seçkini prosesə çevirəcəyini daha çox düşünürəm”.
Türkiyədə kimlərsə CHP-nin küçələrə çıxmasında maraqlıdır

Kamran Sultanlının qənaətincə, növbəti seçkilərdə AKP uduzsa bu onlar üçün ciddi fiasko olacaq: “Təbii ki, İmamoğlunun qalib gələcəyini düşünürəm. Amma əgər seçkiyə müdaxilə və bu aylar ərzində hansısa ciddi proseslərə əl atmasalar. Bu amil Türk lirəsinə də basqıları artıracaq. Artıq lirə 6 psixoloji həddi keçərək uzun müddətdən sonra 6.11-ə çatıb. Türkiyə adı üçün çox mənfi qərardı. Görək proseslər necə cərayan edəcək. İmamoğlu yenidən hər təbəqə və ideoloji kəsimlə işləməlidir”.
Xəbəri paylaş