Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusda Azərbaycanın Milli Qəhrəmanı ehtiramla yad edilib

 Belarusda Azərbaycanın Milli Qəhrəmanı ehtiramla yad edilib


Newscenter.az.8.05.2019. 1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Belarus xalqının ənənəvi bayramı sayılan “Radonitsa” günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. Əvvəlcə Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb.

Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dotluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.
Qəhrəmanın anası da öz növbəsində çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Xəbəri paylaş