Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılır

Bu yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılır


Newscenter.az.8.05.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, anoloji işlər Rəşid Behbudov küçəsində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.

Gecə saatlarında həmçinin, Kövsər Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Anar
Xəbəri paylaş