Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin Tibb Xidmətindən xeyriyyə aksiyası

Dövlət Gömrük Komitəsinin Tibb Xidmətindən xeyriyyə aksiyası


Newscenter.az.8.05.2019. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib.

Xidmətdən Newscenter.az-a bildirilib ki, Astara rayonunun Kijəbə qəsəbəsində iki gün davam edəcək humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri “Ürək-damar xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində yerli əhaliyə pulsuz xidmət göstərəcək. Bu məqsədlə regiona Mobil Səyyar Hospital ezam olunub.

Tədbir zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla, rayon sakinləri müayinə olunacaq. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də var.

EXO, USM, EKQ və Doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər veriləcək. Aksiya zamanı, həmçinin əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiriləcək, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Xeyriyyə aksiyasında 500 nəfərə yaxın Astara rayon sakininin müayinəsi nəzərdə tutulub.
Xəbəri paylaş