Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə birgə ilk tədbirini edib

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə birgə ilk tədbirini edib


Newscenter.az.8.05.2019. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə birgə ilk tədbirini edib.

Newscenter.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum tədbirlər planına əsasən ilk tədbirini Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirib. Belə ki, Gənclər Birliyinin və “Loqos” ərazi ilk partiya təşkilatının üzvləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verilib.

Partiya fəalları Ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılan stendlərə, fotosərgilərə tamaşa ediblər. Azərbaycan xalqının Ümummilli liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan partiya fəalları bir daha əmin olublar ki, Ulu öndər Heydər Əliyev bütün ömrü boyu Öz xalqı, dövləti və Vətəni üçün yorulmadan, qətiyyətlə çalışıb. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əbədiyaşar liderliyi partiya üzvləri tərəfindən qürur və fərəh hissi ilə yad edilib.
Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev daim gənc nəslin qəlbində yaşayacaq.
Xəbəri paylaş