Impera

XƏBƏR LENTİ
20:45Biz cəmiyyəti aldada bilmərik20:33Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb15:12Biz onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik15:00Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub14:2039 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar xidmət göstərəcək14:00Sabah hava necə olacaq?13:10Xaçmazda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Azərbaycanda intensiv meyvə bağlarına subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (482)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    May 2019    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qara piar” Azərbaycan biznesinə hücum edir

10 May 2019, 15:00   
“Qara piar” Azərbaycan biznesinə hücum edir


Newscenter.az.10.05.2019. İşgüzar nüfuz biznesdə uğurun başlıca şərtlərindən sayılır. Hər bir sahibkar öz brendinin cəlbedici imicini yaratmaq və qoruyub-saxlamaqdan ötrü əlindən gələni edir. Müsbət reputasiyanın formalaşmasına illərin getdiyi halda, onu bircə saatın içində belə itirmək mümkündür.


Təsadüfi deyil ki, nəhəng şirkətlər bu məqsədlə iri piar-agentliklərlə çoxmilyonluq müqavilələr bağlayır, ona qarşı istənilən neqativ informasiya, ələlxüsus qarayaxma, məkrli məqsədlərlə yayılan böhtan onu yayanlara qarşı məhkəmə iddiaları və cərimələrlə nəticələnir.

Bu, dünyanın qabaqcıl ölkələri üçün adi praktikadır. Belə ki, qabaqcıl ölkələrdə məhkəmə-hüquq sistemləri işgüzar nüfuzun qorunması avtomatizm səviyyəsində inkişaf edib. Azərbaycanda isə bunun tam əksi müşahidə olunur və mövcud vəziyyət bütövlükdə ölkədaxili biznesə təhdid yaradır.

Tanınmış biznesmen, “Rahat market” supermarketlər şəbəkəsinin təsisçisi Cəlal Babakişiyev Haqqın.az-a verdiyi müsahibədə “qara piar” kampaniyası və Azərbaycan bazarında tez-tez müşahidə olunan ədalətsiz rəqabətlə bağlı narahatlıqlarını bölüşüb.

“İstehlakçı hüquqlarının psevdo-müdafiəçiləri, müxtəlif bloqerlər, ara-sıra sosial şəbəkələrdə ölkənin bu və ya başqa bir şirkətinə qarşı kampaniya işə salır. Əksər hallarda bloqerlər xeyirxah məqsədlər güdsə də, əllərində dolğun və etibarlı məlumatın olmamasına görə tez-tez qeyri-ixtiyari olaraq çirkli kampaniyaların alətinə çevrilirlər.

Bunun hansı fəsadlara yol aça biləcəyini öncədən düşünmədən, yüksək reytinq qazanmaq niyyəti ilə onlar yüzlərlə insanın can qoyduğu, uzun illər ərzində qurulmuş dürüst biznesləri məhv edə bilər. Onlardan heç biri düşünmür ki, istənilən kiçik xəta, yanlış informasiya yüzlərlə, minlərlə insanın çalışdığı həmin obyektin və ya müəssisənin bağlanmasına, işçilərin ailələlərinin çörəksiz qalmasına səbəb ola bilər. Bu məsuliyyəti dərk etmək lazımdır”, - deyə Babakişiyev bildirib.

Bunun bariz nümunəsi kimi iş adamı “Malyutka” uşaq qidası ilə bağlı bu yaxınlarda baş verən hadisələri və İçərişəhər qala divarları yaxınlığında kafelərin inşası ilə bağlı aparılan dezinformasiya kampaniyasını göstərib. Sadəcə, Kiçik Qala küçəsində yay kafelərinin yenidənqurma işləri aparılıb, sosial şəbəkələrdə isə qala divarlarının bir hissəsinin söküldüyü ilə bağlı yalan informasiyalar yayılıb.

Bu qarayaxma kampaniyasının təşkilatçıları qala divarının yenidənqurması zamanı, yəni səkkiz il əvvəl çəkilmiş fotoşəkillərdən istifadə edib. Nəticədə, bir neçə gün ərzində sosial şəbəkələrdə mövzu ilə bağlı təşviş dolu ajiotaj yaranıb.

Məsələyə şəxsən birinci vitse-prezident Mehriban Əliyeva qarışmalı olub. Birinci xanım İçərişəhərə baş çəkib, məsul şəxslərlə və sahibkarlarla görüşlər keçirib, daha sonra sosial şəbəkələrdə aparılan qarayaxma kampaniyasını pisləyib.

Cəlal Babakişiyev bildirib ki, onların başçılıq etdiyi “Rahat market” supermarketlər şəbəkəsi də ara-sıra belə informasiya hücumlarının qurbanına çevrilir. Məsələn, bu yaxınlarda sosial şəbəkələrdə, peçenye bağlamasının fotoşəklini paylaşıb, mağazalar şəbəkəsində vaxtı ötmüş məhsulların satıldığını iddia ediblər.

Ancaq nədənsə paylaşımın müəllifləri söhbətin məhsulun son istifadə müddətindən yox, onun satış müddətlərindən getdiyi faktına diqqət yetirməyi unudub. Başqa hallarda bloqerlərin belə diletantlığına göz yummaq olardı, ancaq indiki halda söhbət iri supermarketlər şəbəkəsinin imicindən gedir.

“Bizim artıq səbr kasamız daşdı. Bizdə sırf məhsulların son istifadə müddətlərini yoxlamaqla məşğul olan bir neçə xidmət var, ona görə də belə hallar heç vaxt baş verə bilməz. Sadəcə, başqasının uğurunu kimlərinsə gözü götürmür və internetdə hər cür dezinformasiya yayıb, yalan, köhnə və aktuallığını itirmiş materiallardan istifadə edirlər.

Bu, qeyri-sağlam rəqabətin və “qara piar” kampaniyasının təzahürüdür. Buradan qanunverici və hüquq-mühafizə orqanlarına müraciət edib, onları “qara piar”la məşğul olan insanlara qarşı müəyyən mexanizmlər və cəza ölçüləri tətbiq etməyə çağırıram”, - deyə Babakişiyev bildirib.

Bununla yanaşı, Babakişiyev ərzaq sektorunda çalışan iş adamlarına səslənib, onları yüksək vətəndaş məsuliyyətliliyinə çağırıb.

“İndiki zamanda ərzaq sektorunda biznesin gerçəkləşməsi üçün yüksək vətəndaş məsuliyyəti tələb olunur. Biz strateji əhəmiyyətli işlə məşğul oluruq, bu iş hər kəsdən, həm işçilərdən, həm də biznes rəhbərlərindən maksimim diqqət tələb edib. Bizim şüar: “Sağlam qidalanma – sağlam millət”dir.

Bu sektorda çalışan bütün azərbaycanlıları maksimum diqqətli olmağa və yalnız insan orqanizmi üçün zərərsiz olan, sertifikatlaşdırılmış, yoxlanılmış qida məhsulları idxal, istehsal etməyə və satmağa, həmçinin, onları beynəlxalq standartlara cavab verən şəraitdə saxlamağa çağırıram.
“Son istifadə müddətlərini daima diqqətdə saxlamaq və keyfiyyətsiz və ya keyfiyyəti hər hansı şübhə doğuran məhsullardan qaçmaq çox vacibdir. Heç kim unutmamalıdır ki, bizim gördüyümüz işin bilavasitə uşaqlarımız, gələcək nəsillərlə əlaqəsi var, biz onları sağlam və təhlükəsiz qida məhsulları ilə təmin etməyə borcluyuq”, - deyə o vurğulayıb.

Bəs görəsən, iş adamının ictimaiyyətə belə müraciətlə çıxış etməsinə nə vəsilə olub? Cəlal Babakişiyevin ifadə etdiyi narahatlıqlar aydındır. Çünki Azərbaycanda iri şirkətlərin sərəncamında “qara piar” kampaniyalarına qarşı əks tədbirlər üçün lazımi resursları olduğu halda, orta və ya kiçik müəssisələr bu baxımdan tamamilə müdafiəsizdir.

Məsələ ondadır ki, sosial şəbəkə və müasir kütləvi informasiya vasitələri vəziyyəti daha da kəskinləşdirir. Hazırda istənilən şəxs “dağıdıcı güc”ə malik informasiyanın mənbəyi ola bilər. Əhaliyə doğru və ya yalan informasiyanın çatdırılması üçün artıq çoxmilyonluq auditoriyası olan telekanallara, radio və qəzetlərə ehtiyac qalmayıb.

Telefonla foto və ya video çəkib, onu sosial şəbəkələrə yerləşdirmək kifayət edir. Sonra isə həmin informasiya öz həyatını yaşamağa başlayır, internetdə dövr edərək, minlərlə baxış sayı qazanır. Bunun, əlbəttə ki, öz müsbət tərəfləri də var, informasiya daha əlçatan olub, habelə bununla yayılan informasiyanın etibarlılığı ilə bağlı məsuliyyət hissi də it-bat olub.

“Qara piar”a və çirkin dezinformasiyaya qarşı ən həssas olan sahə, həmişə olduğu kimi, istehlak bazarıdır. Qida məhsullarının istehsalçıları, pərakəndə satış şəbəkələri istənilən insuniasiyadan (lat. “insinuatio” - məkrli məqsədlərlə neqativ fikirlərin təlqin edilməsi, təhrikçilik və ya qəsdən yalan məlumatlar yayma – red.) böyük zərər görür. Bu, rəqiblərin öncədən planlaşdırdığı kampaniyadan başqa, hər hansı məsuliyyətsiz bloqerin dilindən çıxan ehtiyatsız söz və ya paylaşdığı fotoşəkil şəklində özünü büruzə verə bilər.

Hər addımını internetdə təvir etməyi sevənlər nədənsə, onların düşünülməmiş ifadələrinin, qoyduqları tamamilə təsadüfi bir fotonun dürüst, zəhmətkeş iş adamının işgüzar nüfuzuna xələl gətirə biləcəyi, iqtisadiyyatın ən strateji sektoruna bir növ “bomba qoymuş olacağı” barədə düşünmür.

Bütöv qida sahəsini sarsıtmış məqsədyönlü “qara piar”la bağlı məşhur insidentlərdən biri Azərbaycanda bir neçə il əvvəl baş verib. Həmin vaxt naməlum şəxslər sosial şəbəkələrdə toyuqların qablaşdırıldığı, aparıcı olmayan sexlərdən birində çəkilmiş videonu yaymışdılar. Kadrlarda qadınların əllərində şprits toyuqların bədənlərinə naməlum maddə yeritdiyini görmək olurdu.

Kadrarxası səs vətəndaşları heç bir halda broyler toyuğu almamağa çağırırdı. Video qısa müddət ərzində internetdə “virus” kimi yayıldı, milyonlarla baxış sayı topladı. Nəticədə, Azərbaycanda toyuq istehlakı həcmi 30 faiz azaldı, istehsalçılar isə ani olaraq onlarla milyon dollar ziyan gördülər. Bu səs-küylü görüntünün yaratdığı fəsadları bu günə kimi tam aradan qaldırmaq mümkün olmayıb.

Bəs Cəlal Babakişiyevin xatırlatığı “Malyutka” uşaq qidası ilə bağlı məsələ necə olub?

Hər şey ondan başlayıb ki, qida təhlükəsizlik agentliyinin qaynar xəttinə bu uşaq qidasının keyfiyyət səviyyəsi ilə bağlı şikayət daxil olub. Yoxlama zamanı, həqiqətən, bir (!) bağlamada istehsalçının reseptində nəzərdə tutulmayan yad maddə aşkarlanıb. Bu, “Malyutka”nın istehsalı və satışına müvəqqəti qadağanın qoyulmasına əsas yaradıb.

Xəbər dərhal bütün informasiya məkanını dolaşıb, valideynlər arasında təşvişə səbəb olub. Belə ki, bu spesifik qida məhsulu sağlamlığı hər zaman valideylərin və dövlətin xüsusi nəzarətində olan körpələr üçün nəzərdə tutulurdu. Ancaq sonradan aparılan daha təfsilatlı araşdırma birmənalı olaraq göstərdi ki, “Malyutka” bağlamalarına yad maddə qəsdən daxil edilib. Çünki məhz həmin bağlamalar açılaraq, sonradan yenidən, fabrik deyil, kustar üsulla qablaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyi “Malyutka” uşaq qidası ilə bağlı bəyanatla çıxış edərək, açıq-aydın təxribatın olduğunu qeyd edib. “Çirkli əllər” südəmər uşaqların həyatını ciddi təhlükə qarşısında qoyaraq, rəqiblərinin biznesini çökdürməyə çalışırdılar.

Bu, artıq sıradan bir “qara piar” kampaniyası deyil, açıq-aşkar cinayət və hətta deyərdik ki, təxribatdır. Hüquq-mühafizə orqanları bu məsələ ilə ciddi məşğul olmalıdır. Ancaq nədənsə bu günə kimi cinayət işinin açılması və ya cinayətkarların tapılması ilə bağlı hər hansı rəsmi informasiya qarşımıza çıxmır.

Halbuki şərlənmiş biznesin işgüzar nüfuzuna ağır zərbə dəyib, onun sahibkarları isə iri məbləğdə maddi ziyan görür. Bu, hələ bir neçə misaldır. Yerli biznes gündəlik olaraq informasiya hücumlarına məruz qalır. Özünə hörmət qoyan KİV-də “feyk” məlumatları və “viruslu” anti-reklamı rədd edən müəyyən redaksiya mexanizmləri qaldığı halda, sosial şəbəkələrdə ürəyin istəyən hər şeyi dərc etmək olur.

Konfet istehsalçısını bəyənməmisiniz? Bağlamasını açıb konfetə mismar və ya sancaq keçirin, “faktın” fotoşəklini çəkin və sosial şəbəkələrdə yayın. İstehsalçının və distribüterin bütün işgüzar nüfuzuna ciddi xələl gələcək, sizə isə heç nə olmayacaq. Nə qədər təəssüf doğursa da, bu, günümüzün reallığıdır.

Onu da qeyd etməliyik ki, hər hansı anti-reklamın sürətlə yayılması üçün onun bloqer və ya çoxminlik auditoriyası olan qruplar tərəfindən sosial şəbəkələrdə paylaşılması daha effektiv olur. Düşünmək olar ki, belə olan halda “feyk”lərə qarşı müdafiə mexanizmi işə düşəcək. Ancaq təəssüflər olsun ki, sosial şəbəkələrin yerli seqmentinin “yazan qardaşları” məsuliyyətli olmaları ilə seçilmir.

Nədən qorxub-çəkinsinlər?! Onların sorğu-sual edilməsi üçün əsas ola biləcək hər hansı mövcud hüquqi akt yoxdur. İstehsalçı ciddi təhlükə ilə üz-üzə qalır, ümidi yalnız dürüst adamlara qalır. Elə insanlar ki, məhsulla bağlı hər hansı nöqsan aşkarlayan zaman şirkət rəhbərliyinə və ya müvafiq dövlət orqanlarına şikayət edir, bu “tapıntı”nı bütün dünyaya car çəkmir.
OXŞAR MÖVZULAR