Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın vertolyotuna atəş açılsın

Paşinyanın vertolyotuna atəş açılsın


Newscenter.az.11.05.2019. "Paşinyan bir də Qarabağa gələndə onun və müşayiət edənlərin vertolyotuna atəş açılsın. Heç olmasa xəbərdarlıq atəşi. Onlar bizi 30 ildir fakt qarşısında qoyduqları kimi biz də onları fakt qarsısında qoyaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert Nəzakətn Məmmədova səsləndirib. O, qeyd edib ki, vertolyotlarını vurduq, nə etdilər ki, indi də nə etsinlər?

"Onsuz da elədiklərini edirlər. Dünya ictimaiyyətinə gəlincə, bir az danışıb, bir-iki bəyanat verib səslərini kəsəcəklər. Dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan bizə hay yoxdur, olmayacaq da. Ancaq ümid özümüzədir. Heç kim gəlib bizə torpaq alıb verməyəcək, Ermənistan isə öz xoşuna torpaq geri qaytaran deyil. Bir zamanlar çar Aleksandrdan soruşanda ki, Rusiyanın ən yaxın müttəfiqi kimdir, o demişdi: "Rusiyanın iki müttəfiqi var: ordu və donanma". Ümidimiz ancaq güclü ordumuza və xalqımızın yenilməz döyüş əzminədir. 1961-ci ilin may ayında ABŞ-ın U-2 təyyarəsi SSRİ üzərində suveren dövlətin hava məkanını pozduğu üçün vurulmuşdu. Bu, böyük beynəlxalq qalmaqal yaratmışdı. Amma ABŞ heç nə edə bilməmişdi, çünki SSRİ haqlı idi. Kaçinskinin təyyarəsi də Rusiyada "qəzaya uğradı".

Ekspert hesab edir ki, ermənilər məsələni hara çevirsələr də, haqlı bizik:

"Beynəlxalq məhkəməyə versələr belə, ki, buna əsasları yoxdur, beynəlxalq hüquq tamamilə bizim tərəfimizdədir. Bizə əngəl olan tək maneə beynəlxalq siyasi konyukturadır. Başqa heç nə. Dövlətlərarası münasibətlər sistemi nəinki müharibə şəraitində, hətta dinc şəraitdə belə başqa dövlət başçısına sui-qəsd, xəbərdarlıq atəşi açma kimi misallarla zəngindir. Paşinyan istisna deyil, ola da bilməz. Azərbaycan o xəbərdarlıq atəşini açmaqla tək Paşinyana yox, onun azğınlığına göz yuman havadarlarına da yaxşı bir dərs vermiş olardı. Onun iyrənc vücudu o torpaqlarda şəhid olmuş, qanı axmış heç bir azərbaycanlıdan artıq və qiymətli deyil".

Xəbəri paylaş