Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “Etik davranış qaydaları” mövzusunda seminar keçirilib

Aİİ-də “Etik davranış qaydaları” mövzusunda seminar keçirilib


Newscenter.az.13.05.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərovanın təqdimatında “Etik davranış qaydaları” mövzusunda seminar təşkil edib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.

“Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Etik davranış qaydaları” mövzusunda çıxış edərək, etika haqqında ətraflı məlumat verib. Bildirib ki, əxlaqi fəaliyyət gündəlik həyatda doğru-düzgün olmaq; yalan danışmamaq; insanlara hörmət etmək və kömək göstərmək; başqalarının haqqını əlindən almamaq və digər davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. Qeyd edib ki, davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və bir-birlərinə olan münasibətində özünü göstərir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir.
Xəbəri paylaş