Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan siyasi səhnəsində İvanaşvili faktoru

Gürcüstan siyasi səhnəsində İvanaşvili faktoru


Newscenter.az.13.05.2019
. Qonşu Gürcüstanda baş tutan son prezident seçkiləri bir daha onu sübuta yetirdi ki, bu ölkənin siyasi həyatında hələ də İvanaşvili faktoru əsas rol oynayır. Hər halda İvanaşvilinin dəstək verdiyi namizədin seçkilərdən qalib ayrılması deyilənlərin təsdiqi idi. Ona görə də 1996-cı ildən aktiv şəkildə siyasi proseslərdə iştirak edən Bidzina İvanaşvili indi daha fəal nəzərə çarpmaqdadır. Onun bu fəallığının arxasında hansı amillərin durduğuna dair müxtəlif versiyalar səslənməkdədir. Bəziləri İvanaşvilinin Qərbə, bir qism isə daha çox Rusiyaya bağlı olduğu qənaətindədirlər. Gürcüstanın siyasi həyatında cərəyan edən proseslərə diqqət çəkən müstəqil ekspert Kamran Sultanlı deyir ki, çoxları İvanaşvilini məharətli siyasəçi, bəziləri isə məharətli biznesmen adlandırır:

“Lakin mən İvanaşvilini usta oyunçu adlandırardım. İvanaşvili Gürcüstanda çox mahir oyunçudur. 1996-cı ildə Gürcüstanda prezident seçkilərində Rusiyanın dəstəklədiyi namizəd olan Aleksandr Lebedaya qarşı, gürcü boz kardinal hakimiyyət uğrunda mübarizə aparan yeni opponentləri dəstəkləyirdi. İvanaşvili sonrakı qeydlərində bildirmişdir ki, qızılgül inqilabında onun xüsusi rolu var. O qızılgül inqilabına 1 milyard dollara yaxın vəsait xərcləyib. İvanaşvili Gürcüstanda siyasi sistemi polioliqarxik sistemdən monoliqarxik sistemə transformasiya edə bildi. 2014-cü ilə qədər sonuncu iş adamları da demək olar ki, sıradan çıxarıldı. Saakaşvili dövründə 1,2 milyard dollar varidata malik gürcü iş adamı Badri Patriarkçişvili müəmmalı olaraq öldü. Bu ölümdə hökümət dairələri Saakaşvilini günahlandırırdı. 2014-cü ildə Saakaşvilinin digər əsas maliyyə donorlarından olan iş adamı Kaxa Bendukidze də öldü. Bundan sonra gürcü siyasi səhnəsində iki əsas oliqarx qalmışdı. Bunlar Hazaradze və İvanaşvili idi. Bu ikili hətta, vaxtilə Saakaşvilini birlikdə zərərsizləşdirmişdi. Lakin 2014-cü ildən sonra dominantlıq uğrunda ciddi rəqabət başladı. Hazaradze Gürcüstan Mərkəzi Bankında paya sahib idi. Onun London Birjasında səhmləri var idi. Gürcüstan üçün önəmli olan Anakliya limanının əsas maliyyə dəstəkçisi məhz Hazaradze idi. Bu layihə istiqamətindən ona ən yaxın gürcü iş adamlarından olan Partiaşvili və keçmiş baş nazir Kirikivalişvili idi. Lakin son olaraq Hazaradzeyə qarşı cinayət işi açıldı. Anakliya limani istiqamətində təlatümlər İvanaşvilinin boz kardinal kimi sonuncu əsas oliqarxı da sıradan çıxartmaq siyasəti idi”.

Ekspert deyir ki, İvanaşvili əsrin əvvələrindən arxa kulisdən ölkəni məharətlə idarə edərək siyasi proseslərə təsir göstərib:
Gürcüstan siyasi səhnəsində İvanaşvili faktoru

“İvanaşvili kimi fiqurlar həm Qərbə, həm də Rusiyaya sərf edir. Qərbə lazımdır ki, Gürcüstandaki hakimiyyət Rusiya ilə açıq konfrantasiyaya getməsin. Rusiyaya da Qafqazda yeni problem lazım deyil. Bu baxımdan 2010-cu ildə Kreml İvanaşvilinin hakimiyyətinə ciddi şəkildə mane olmadı. İvanaşvili Saakaşvilidən fərqli olaraq, Rusiya ilə də iqtisadi əlaqələrdən faydalandı, həmçinin şimal ayısının xətrinə dəymədən Avroatlantik inteqrasiyaya davam edir. İvanaşvili Rusiya faktorundan istifadə edərək,xalqı manipulyasiya edir. Son seçkilərdə də, Kerç insidentinin baş verməsindən istifadə edərək, toplumu Saakaşvili geri qayıtsa Rusiya hücum edəcək amili ilə qorxuda bildi”. Kamran Sultanlı hesab edir ki, İvanaşvilinin bu cür ikili siyasəti Qərbə də sərf edir: “Hamıya məlumdur ki, Gürcüstanda baş nazirlərin dəyişdirilməsi hamısı İvanaşvili ilə fikir ayrılığına məruz qalmaları səbəbindən baş verir. Kirikilaşvili də buna görə postundan azad edildi, onu daha yumşaq, yola gedən Baxtadze ilə əvəz etdilər. İvanaşviliyə arxa fondan idarə etmək daha çox sərfəlidir. Bu zaman o məsuliyyətdən boyun qaçırır və şəxsləri dəyişərək, hakimiyyətini davam etdirir. Təbii ki, şəxslər dəyişsə də, ümumi mexanizm dəyişmir. Əgər son seçkilərə baxsaq,Vaşadze birbaşa İvanaşvili ilə mübarizə aparırdı. Birinci mərhələdə, vəziyyətin kritik olduğunu görən boz kardinal, administrativ resursları işə saldı. Zurabaşvilinin yerinə sanki özü mübarizə aparırdı. Zurabaşvili ona görə lazım idi ki, xanım siyasətçi daha çox neytral və İvanaşvili üçün təhlükə olmayan siyasətçi obrazında idi. Onun Qafqaz mühitindən uzaq olması da, məncə boz kardinalın işinə yarayan amillərdəndir. Zurabaşvilinin atdığı addımlar da onun bu regiona yad olduğunu göstərir. Amma İvanaşvili yaxşı polis və pis polislərindən məharətlə istifadə edə bilir. Təbii ki, hər prosesdə Zurabaşvili İvanaşvilinin əmrlərini icra etmir. Ümumiyyətcə xanım Zurabaşvilinin addımlarına baxanda sanki özü nə bildi edir və danışır kimi təsəvvür yaranır”.

Ekspert deyir ki, İvanaşvili hələ də, ölkənin əsas fiquru olmaqla davam edir: “Onun yeganə rəqibi isə Saakaşvilinin qalan reytinqidir. Təbii ki, bu heç də Saakaşvilinin yenidən prezident olması anlamına gəlmir, lakin bu fenomen ətrafında müxalifət nəsə etməyə çalışır. Lakin Gürcü müxalifətinin ən böyük səhvi hələ də, keçmiş uğurlar üzərində kampaniya qurmasıdır. Vahid Milli Hərakatda son islahatlar zənnimcə uğurlu gedişdir. Hazirki administrasiyanın Azərbaycana qarşı təxribat xarakterli addımları, Gürcüstan azərbaycanlılarını Saakaşvilinin komandasına daha da yaxınlaşdırır”.
Xəbəri paylaş