Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Payızda prezident İlham Əliyevlə baş nazir Paşinyanın növbəti görüşü keçirilə bilər

Payızda prezident İlham Əliyevlə baş nazir Paşinyanın növbəti görüşü keçirilə bilər


Newscenter.az.14.05.2019. Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin 10 illik sammitində Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü həlledici mərhələ deyil. Bu görüş danışıqlar formatında etimad mühitinin formalaşması və aparılmasına hesablanıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki. bu kimi görüşlərə artıq Azərbaycanın ehtiyacı olmamalıdır:

“Ermənistan baş naziri qeyri-rəsmi görüşlərə ona görə can atır ki, atəşkəs rejimi stabil qalsın. Daxili auditoreyaya mesaj versin ki, cəbhədə nisbi sakitliyi qoruyuram”.

Məhəmməd Əsədullazadə bildirib ki, payızda prezident İlham Əliyevlə baş nazir Paşinyanın növbəti görüşü keçirilə bilər: “Bu görüş Qərb tərəfdən təşkil olunacaq. Masada "Yenilənmiş Madrid Prinsipləri" üzrə danışıqlar aparılacaq. Azərbaycan payıza kimi mütləq şəkildə Ermənistana təzyiqlər etməlidir. Paşinyan və onun havadarı təzyiq görməyincə real danışıqlara getməyəcək”.
Xəbəri paylaş