Impera

XƏBƏR LENTİ
10:17Təmas xəttində monitorinq keçiriləcək09:05Atəşkəs rejimi 22 dəfə pozulub08:33Nazir hərbi təlimləri izləyib-VIDEO08:15Komitə sədri vətəndaşları qəbul edib00:23Polad Bülbüloglu kokteyl məclislərinə qatılmaq və arayış satmagı bilir17:10MDB iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək17:00Fuad Abbasovun hüquqlarının müdafiə komitəsi yaradıldı16:47Gəncədə sahibkarlarla görüş keçirilib16:40“Kiber təhlükəsizlik üzrə Gənclər Seminarı”16:30Azərbaycanda III Robot Olimpiadası keçiriləcək16:11Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib16:00Birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub15:45“Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir15:30Prezident İlham Əliyev: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun"15:20Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Saatlıda dindarlarla görüşüb15:15Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub14:55Dini Komitənin rəhbərliyi qərb bölgəsində vətəndaşlarla görüşüb14:43Jurnalistə qarşı bu cür aşağılayıcı münasibət Rusiya dövlətinin imicinə kölgə sala bilər14:23Şəkidə fermerlər üçün maarifləndirmə tədbiri keçirilib14:13Rusiyadakı hər bir azərbaycanlı Fuad Abbasovu müdafiə etməli idi14:10Müəllim və valideynlər qəbul ediləcək13:59Aİİ rektoru Rusiya Federasiyasında səfərdədir13:44Dünya Azərbaycanlıları Assambleyası Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət etdi13:30DGK-dan açıqlama-Rəşad Babayev “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb13:10Bu yollarda rəngləmə işləri aparılacaq12:56Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb12:47Azərbaycanlı biznesmen İlqar Hacıyev prezident İlham Əliyevə müraciət etdi12:35“Türk Hava Yolları” İstanbul hava limanında beş yeni biznes zal açır12:19Məktəb direktorlarının müşavirəsi keçirilib11:49Bu dövlətimizin şərəf məsələsidi11:30M2 magistralının Hacıqabul-Ələt hissəsi əsaslı şəkildə təmir edilir11:20“Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib11:13Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb11:02Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib10:57"Azərsu" "cinayətdə ittiham olunan" məmurun rəis təyin edilməsinə aydınlıq gətirdi10:39Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələdə10:25Təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO10:17Bu rayona içməli su fasilə ilə veriləcək09:47Aytac Əliyeva sakinlərlə görüşüb onların problemləri ilə maraqlandı09:39Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:30Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək09:20Üç müharibə iştirakçısı olan general-mayor09:00Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadlarına dair maarifləndirmə işləri aparılır08:45Azərbaycan dövləti və Avropa İtifaqı ikitərəfli əlaqələrin yeni formatlarını yaradır08:30Daha bir məmurun “biznes imperiyası”18:32Şimal zonasının təhsil işçilərinin hesabat toplantısı keçirilib18:23Argentina ilə qida sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib18:05Gənclər arasında stolüstü tennis turniri keçirilib17:55“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib17:34"Qırmız Körpü" gömrük postunun rəisi vətəndaşa qanunsuz müdaxilə etdiyi üçün işdən azad edilib17:21Prezident vətəndaşların problemlərinin asanlaşdırılması üçün 20 milyon manat ayırdı17:11İSBAM-ın təşəbbüsü ilə “Vətən saatı” adlı tədbir keçirilib17:00Azərbaycanda ilk dəfə kənd təsərrüfatı texnikası yarmarkası keçirilir16:55Müxalifətçi olmaq vicdanından, ədalət hissindən imtina etmək deyil16:47Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib16:30Cocuq Mərcanlıdan dünyaya ünvanlanmış çox mükəmməl bir mesaj16:10Bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq15:53Yeni ekoturizm konsepsiyası hazırlanır15:45Cenevrədən Cocuq Mərcanlıya, yaxud dünyaya Ermənistanın işğalçı olduğunu xatırlatma mesajı15:39Ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir15:25Tibb Universitetində ilk hibrid müdaxilə icra olunub15:20Azərbaycanda dəhşət, ata qızının qatilinə çevrildi15:10AzMİU-da İtaliya – Azərbaycan Dizayn Mərkəzi açılıb15:00“Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib14:44Göyçayın icra başçısı Bakıya təyinat alır?14:34İçməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə edilir14:00Quba-Xaçmaz regionunda yeni texnologiyalar ilə fındıq bağları salınır13:42Sabah yağış yağacaq13:30Tələbələr arasında intellekt olimpiadası keçirilib13:25Nazir Inam Kərimov ADAU tələbələri ilə görüşüb13:17Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir13:00Azərbaycanın su ehtiyatlarının təqribən 70 faizi qonşu dövlətlərin ərazisində formalaşır12:50Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib12:46Miqrasiya Könüllüləri Heydər Əliyev Mərkəzində12:39Bakı məkəblisi beynəlxalq rəsm müsabiqəsinin qalibi olub12:27Daxili orqanında İrandan narkotik vasitə gətirməyə cəhd etdi12:19Nazir İnam Kərimov Goranboyda fermerlərlə görüşüb12:07Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb - VİDEO12:00AQTA beynəlxalq əməkdaşlığı inkişaf etdirir11:45Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur11:33Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edildi11:13Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb11:07İlahiyyat İnstitutu regionlardakı təhsil müəssisələri ilə əməkdaşlığı inkişaf etdirir10:57Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşüb10:44Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib10:30Müsabiqənin birinci mərhələsi keçirilib10:00Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb09:40Düşmən ərzində atəşkəs rejimini 21 dəfə pozub09:00Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub13:00Sabah hava necə olacaq?11:18Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin seminarında iştirak edir10:00UEFA Avropa Liqasının kuboku işğaldan azad olunmuş Cocuq Mərcanlıya aparılıb09:48Atəşkəs rejimi 22 dəfə pozulub09:00Naməlum şəxs Arnold Şvarseneggerə hücum edib-VİDEO08:30Yaponiyada dünyanın ən qoca cütlüyündən biri vəfat edib17:36Şimali Kipr televiziyasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb17:12Vətənimi bir an da olsa, unutmuram16:30Jurnalist Fuad Abbasov saxlanıldı15:0060 ədəd metadon adlı həb aşkar olunub14:42Sabah 34 dərəcə isti olacaq
BÜTÜN XƏBƏRLƏR
May 2019 (599)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Pirallahıda ilin I rübünün yekununa dair hesabat yığıncağı keçirilib

14 may 2019, 16:14   
Pirallahıda ilin I rübünün yekununa dair hesabat yığıncağı keçirilib


Newscenter.az.14.05.2019. Mayın 13-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Newscenter.az xəbər verir ki, hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq aprelin 30-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırdı ki, 2018-ci ilin prezident seçkilərindən sonra Prezidentin ilk Fərmanı şəhidlərin vərəsələrinə veriləcək 11 min manat vəsaitin ödənilməsi ilə bağlı idi. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilib və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Buna paralel olaraq, şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qaldırılmışdır. Məcburi köçkünlərlə bağlı bu il bir çox proqramlar icra edilir. Bu il 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə, 800-ə qədər şəhid ailəsi mənzillə təmin ediləcəkdir. Hörmətli Prezidentimiz tərəfindən minumum əməkhaqqları və minumum pensiyalarla bağlı çox ciddi qərarlar qəbul edildi. Minimum əmək haqqları 130 manatdan 180 manata, minumum pensiyaların məbləği isə 116 manatdan 160 manata qədər artırılmışdır və bu artımlar təxminən 823 min insanın təminatını yaxşılaşdıracaqdır. Uzun illər ərzində, vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə, rəsmi olaraq, istismara qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi. Cənab İlham Əliyevin imzaladığı bir Fərmanla bu problem də həllini tapdı. Fərmanın tətbiqi dörd yüz çoxmənzilli binada yaşayan təxminən 60 minə yaxın ailəni problemlərini həll edəcəkdir. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılmış və Prezidentimizin bu addımı tələbələrdə böyük ruh yüksəkliyi yaratmaqla, həm də onlar arasında motivasiyanı gücləndirmişdir. Uzun illər idi ki, vətəndaşlarımızı narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı idi. Bununla bağlı Cənab Prezidentin verdiyi qərar dünyada bəlkə də analoqu olmayan tarixi bir hadisədir. Bu Fərman 800 mindən çox ailənin əhatə edəcəkdir ki, bu da, təxminən 1,5 milyard manatdan çox vəsait deməkdir. Həmçinin Cənab prezidentin Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün imzaladığı sərəncam, “Diqlas”da baş verən yanğınla bağlı verdiyi tapşırıqlar bir daha onun hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu göstərdi.

Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. RİH-in başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılmışdır. Bundan əlavə Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli; 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında, həmçinin Gənclər Mərkəzində və “Mirvari” Park-kompleksində son tamamlanma işləri aparılır. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Pirallahı rayonu Gürgən qəsəbəsinin daxili yollarının yenidən qurulması işləri aparılır. Yolun uzunluğu 2 km, yolun hərəkət hissəsi 7 metr olacaq və yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulacaq.

Həmçinin natiq çıxışında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Bakı şəhər rayonları arasında yaradılacaq ilk “Pirallahı Uşaq Günərzi və Reabilitasiya Mərkəzi” 50 nəfər uşağa gündəlik qayğı, 50 uşağa isə reabilitasiya xidmətləri göstəriləcək. Ümumilikdə 100 uşaq sosial xidmətlərdən faydalana biləcək.

Vasif İmanov eyni zamanda Pirallahı rayonunda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Şpris istehsalı zavodu yaxın vaxtlarda istifadəyə veriləcək. 2019-cu ilin II rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur. “Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və hovuzların dəmir-beton konstruksiya işləri tamamlanmışdır. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 kvadrat metr, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yarmarka təşkil olunur.

Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, hesabat dövrü 2800-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir. O cümlədən 1500 ədəd eldar şamı, 150 ədəd sərv ağacı, 1000 ədəd oleandr, 150 ədəd isə qızılgül kolu əkilmişdir.

Hesabat ətrafında çıxış edən “Azərsu” ASC Pirallahı rayon Su-kanal idarəsinin rəisi Əli Kərimli, DSMF-nun Pirallahı rayon bölməsinin müdiri Xançoban Dəmirov, 10 saylı BŞX-nın baş həkimi Ələddin Muxtarov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.

Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.

Yekunda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.
OXŞAR MÖVZULAR