Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstriyanın Vyanna şəhərində Avropa Olimpiya Komitəsinin seminarı keçiriləcək

Avstriyanın Vyanna şəhərində Avropa Olimpiya Komitəsinin seminarı keçiriləcək


Newscenter.az.15.05.2019. 17-19 may 2019-cu il tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və AOK-un seminarı işinə başlayacaq.

Newscenter.az-a MOK-un mətbuat xidmətindən bildirilib ki, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.

17 may tarixində adı çəkilən təşkilatın üzvü Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcəkdir. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirakı gözlənilir.

18-19 may tarixlərində isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı öz işinə başlayacaq. Seminar çərçivəsində Olimpiya İdman növləri, Sosial inteqrasiya, Qadın və idman, İdmanda tenologiya və s. mövzular üzrə çıxışlar ediləcəkdir.

Həmçinin, 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Minsk 2019 Avropa Oyunları, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının məruzələri də dinləniləcəkdir.
AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaqdır.
Xəbəri paylaş