Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Avtomobildə gizlədilən siqaretlər aşkarlandı


Newscenter.az.17.05.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E220" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda, arxa oturacağın qoltuq altında, arxa səs gücləndiricilərin arasında və motor hissədə gizlədilən 4000 ədəd "Gold Marlboro Edge" markalı siqaret aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş