Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı-FOTOLAR

“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı-FOTOLAR


Newscenter.az.17.05.2019. Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin 3-сü toplantısı öz işinə başlayıb. Tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirməkdir.

Newscenter.az xəbər verir ki, iclasda İttifaqa daxil olan 30 ölkədən - Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.

Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, İttifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi, gənclər siyasəti və təşkiılatın strateji fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Tədbirdə işçi qrupların paralel müzakirə sessiyaları təşkil olunacaq və həmin sessiyalarda qeyd olunan məsələlər daha detallı nəzərdən keçiriləcək. Toplantı çərçivəsində İttifaqın İdarə heyətinə seçkilər keçiriləcək və növbəti 3 il üçün prioritet məsələlər müəyyənləşdiriləcək.
“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı-FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən toplantının açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının Gənclər və idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İpək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatın əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.
“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı-FOTOLAR
Xəbəri paylaş