Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur


Newscenter.az.17.05.2019. Bu gün Azərbaycandan kənarda yaşayan, çalışan, təhsil alan, fəaliyyət göstərən əksəriyyət soydaşımız, azərbaycanlımız dövlətin, xalqın, onun haqq səsinin, üzləşdiyi problemlərin, eləcə də bu günkü inkişaf səviyyəsinin dünyaya çatdırılması, orada respublikamızın təbliğ edilməsi istiqamətində səmərəli, yorulmaz fəaliyyət göstərir, bu istiqamətdə potensialını əsirgəmir. Bu cür fəaliyyətlər əsasən toplu, diaspor təşkilatları səviyyəsində daha effektli, səmərəli olsa da, lakin elə soydaşlarımız da var ki, onların təklikdə Azərbaycanımız üçün ortaya qoyduqları fəaliyyətlər, gördüyü işlər bir diaspor təşkilatının fəaliyyəti qədər uğurlu, nəticəli olur. 25 ilə yaxındır Birləşmiş Ərəb Əmirliklərində yaşayan Şəhrizad Süleyman da məhz belə azərbaycanlılardandır. Hazırda Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasında çalışan Şəhrizad Süleymanla söhbətimizdə BƏƏ-yə getməsinin səbəbi, bu ölkənin mühitinə uyğunlaşmanın çətin və ya asan olması, eləcə də BƏƏ-də Azərbaycanın təbliği istiqamətində görülən işlər barədə danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Şəhrizad Süleyman hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan münasibətlərə də toxunub.

-Şəhrizad xanım, ilk sualım ondan ibarətdir ki, Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə getməyiniz nə ilə bağlı oldu. Nədən məhz bu ərəb ölkəsini seçdiniz və təxminən neçə ildir ki, burada yaşayırsınız?

-Deyirlər insan öz alın yazısı ilə birgə doğulur. Beşiyim mavi gözlü Xəzərin sahilində, dünyanın ən ecazkar şəhərlərindən biri olan Şərq Gözəli Bakıda yırğalansa da, taleyim qürbətə qismət oldu. Birləşmiş Ərəb Əmirliklərinə getməyim atamın işi ilə bağlı olub. Atam Tofiq Süleyman kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi - metodiki kitabların müəllifi idi. Milli Elmlər Akademiyasında çalışan atama 1994-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarca əmirliyinə müqavilə əsasında işə dəvət olunan valideynim öncə tərəddüd etsə də, sonda təklifi dəyərləndirərək qəbul etdi. 1994-cü ilin sonlarına yaxın ailəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinə köçdük və uşaq yaşlarımdan həyatımın qürbət dönəminə qədəm qoydum.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

-Bildiyimiz qədər Əbu-Dabi Universitetində dərs deyirsiniz. Bu mühitə uyğunlaşmaq, ərəb dilini mənimsəyib bir kadr kimi yetişmək nə dərəcədə çətin oldu?

-Vətəndən, öz yurd-yuvamızdan, doğmalarımızdan ayrılmaq hədsiz dərəcədə ağır olsa da, bizim üçün təmamilə yeni, islami qayda-qanunların hakim olduğu əcnəbi ölkəyə, xarici dillərə, az qala hər addımbaşı rastlaşdığımız, müxtəlif mədəniyyətlərə, millətlərə (ərəb, ingilis, hind, pakistan, fillippin, indoneziya, banqladeş və s.) məxsus insanların birgə yaşadığı bir dövlətə, milli və dini dəyərləri özündə ehtiva edən həyat tərzinə, yerli adət-ənənələrə, özünəxas mətbəxinə, geyim üslublarına, fərqli təhsil və təlim sisteminə, bir sözlə, Ərəbistan yarımadasında yerləşən bu ölkənin abu-havasına uyğunlaşmaq, qürbətin acılı-şirinli, enişli-yoxuşlu həyatına alışmaq məcburiyyətində idik. Sadaladığım bütün bu fərqliliklərə, qarşılaşdığımız çətinliklərə baxmayaraq mən, bacım və qardaşım təhsilimizi davam etdirməyə başladıq. Buraya gəldiyimiz ilk gündən ünsiyyətcil olduğum üçün qonşuluqdakı ərəb qızları, həmyaşıdlarım ilə dostlaşmağa başladım. Rəfiqələrim arasında yerlı qızlarla bərabər, livanlı, suriyalı, iraqlı, bəhreynli, misirli qızlar da var idi. Bu dostluqlar mənə ərəb dilinin müxtəlif ölkələrə xas dialektlərini, ləhcələrini öyrənməkdə böyük kömək oldu. Ərəb dilinin qrammatikasına dərindən yiyələnməyimdə mədrəsədəki dil-ədəbiyyat müəlliməm Nədə Əl-Mənsuriyə borcluyam. Sevimli müəllimim Nədə xanım dərsdən əlavə, saatlarla mənimlə məşğul olur, ərəb dilinin incəliklərini öyrədirdi. "Sənəviyyə aemma" adlandırılan orta məktəb təhsilimi bitirdikdən sonra Əcmən Universitetinin "İctimai əlaqələr və media" fakültəsinə daxil oldum. Qeyd edim ki, istər mədrəsə, istərsə də, tələbəlik illərində təhsil aldığım müəssisələrdə aktiv fəaliyyətimlə fərqlənmişəm, dəfələrlə Birləşmiş Ərəb Əmirlikləri Təhsil Nazirliyinin, "Ailə və uşaq" fondunun ödülləri, fəxri fərmanları, müxtəlif diplomları ilə mükafatlandırılmışam. Ali təhsilimi başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi olaraq çalışdım. 2007-ci ildə Əl-Şarika televiziyasından gələn iş təklifini qəbul edərək "ədəbi-dram verilişləri" redaksiyasında çalışmağa başladım və eyni zamanda, Əbu-Dabi Universitetində magistr təhsilimi davam etdirməyə qərar verdim. 2012-ci ildən bu ali təhsil ocağının beynəlxalq əlaqələr kafedrasında çalışıram.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

-Birləşmiş Ərəb Əmirliklərindən baxanda Azərbaycan necə görünür? Sizi bir azərbaycanlı deyil, qeyri-millətin nümayəndəsi zənn etsək, o zaman Əbu-Dabidən baxanda Azərbaycan sizi hansı xüsusiyyətinə görə özünə cəlb edə bilər?

-Bir neçə il öncəyə qədər qarşılaşdığım, təmasda olduğum ərəblərin və digər dövlətlərdən olan əcnəbilərin çoxu əfsuslar olsun ki, "mən Azərbaycandanam" deyəndə ölkəmizi tanımırdılar, Azərbaycan haqqında məlumatları demək olar ki, yox dərəcəsində idi. Lakin sevindirici haldır ki, son illər ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində tanınır və "Qafqazın incisi" olan Vətənimizə çox böyük maraq var. Yaşadığım ölkədən, Əbu-Dabidən baxanda müsəlman dünyasının tərkib hissəsi olan Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, zəngin yeraltı və yerüstü təbii sərvətlərə malik, füsunkar təbiəti, rəngarəng iqlimi, qədim tarixi, mədəniyyəti, maddi-mədəni irsi, ləziz mətbəxi ilə məşhur ölkə kimi görünür. Ümumiyyətlə, ərəb aləmində Azərbaycana fövqəl məhəbbət, rəğbət hissi hakimdir. Sanki, yeni kəşf edilən müsəlman ölkəsi kimi dövlətimizlə maraqlanan, Azərbaycana səfər edən və səfər etmək istəyən ərəblərin sayı demək olar ki, günbəgün artır. Düzünü desəm, hələ ki, heç bir ərəbdən ölkəmiz haqqında mənfi rəy eşitməmişəm. Ölkəmizlə tanış olan ərəblər Azərbaycanı çox bəyəndiklərini rəğbət hissi ilə ifadə edirlər.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

-Hər halda iki ölkə arasındakı münasibətlər barədə də məlumatlı olarsınız. Bu gün Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər hansı səviyyədədir? Və bu münasibətləri qaneedici hesab etmək olarmı?

-Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur. İki dövlət arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələr, ölkə başçılarının qarşılıqlı səfərləri, hökümətlərarası bağlanan sazişlər, investisiyalar, yeni hava yolu xətləri və ələxsus turizm sahəsində əməkdaşlığın genişləndirilməsi əlaqələrimizin nə dərəcədə möhkəm olmasının bariz nümunəsidir. Birləşmiş Ərəb Əmirlikləri istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini davamlı şəkildə dəstəkləyir. Dəfələrlə Birləşmiş Ərəb Əmirliklərinin prezident sarayında və Beynəlxalq Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən qanlı hadisələri, erməni terrorçularının günahsız azərbaycanlılara qarşı törətdikləri tükürpədici cinayətləri əks etdirən foto sərgilər təşkil edilib, ölkə televiziyalarında münaqişənin gerçək mahiyyətindən bəhs edən verilişlər, sənədli filmlər nümayiş olunub. Hər il Ramazan ayında, 20 yanvar, 26 fevral tarixlərində, paytaxt Əbu-Dabinin məşhur Şeyx Zayed məscidində və digər əmirliklərin ən iri məscidlərində şəhidlərimizin ruhuna dualar oxunur, ehsanlar verilir.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

Bildiyiniz kimi, son illər Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı ilbəil artır. Bu ölkədən olan böyük turist axını Azərbaycanın turizm sektorunun inkişafına xüsusi təkan verməklə yanaşı, ikitərəfli əlaqələrə də müsbət təsir edir. "Fly Dubai", "Air Arabia" və dünyanın ən yaxşı hava yolları beşliyinə daxil olan "Etihad Airways" aviaşirkətləri Əbu-Dabi, Dubay, Şarca şəhərlərindən ölkəmizə birbaşa reyslər təşkil edirlər. Birləşmiş Ərəb Əmirliklərində keçirilən müxtəlif idman yarışlarına, dünyanın ən nüfuzlu beynəlxalq sərgilərinə ölkəmiz daima dəvət olunur. Azərbaycan istehsalı olan məhsullar "Gulfood" və "WOP Dubai" kənd təsərrüfatı malları sərgilərində nümayiş edilir, yüz minlərlə ziyarətçi qəbul edən "Şeyx Zayed İrsi" festivalında ölkəmiz iri pavilyonla təmsil olunur. Bu yaxınlarda Dubay şəhərində keçirilən dünya miqyasında ən iri və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən biri hesab edilən "Arabian Travel Market-2019" turizm sərgisində uğurlu iştirakımızı qeyd etmək yerinə düşər.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

Diqqətinizə çatdırım ki, 86 ölkənin iştirak etdiyi "Arabian Travel Market-2019" turizm sərgisi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubayın Baş naziri və hökmdarı Məhəmməd bin Rəşid Al-Maktumun himayəsi altında keçirilirdi. İki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər nəticəsində Birləşmiş Ərəb Əmirliklərində ölkəmizin Ticarət Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi, BƏƏ-Azərbaycan Ticarət Məclisi, Dubay Ticarət Palatasının beynəlxalq nümayəndəliyi isə, Bakıda fəaliyyət göstərir. Bundan əlavə, ölkəmiz "EXPO 2020 Dubai" ümumdünya sərgisində də iştirak edəcək. Göründüyü kimi, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında çoxtərəfli və ikitərəfli əlaqələr yüksək templə inkişaf edir.
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur

Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur
Hazırda BƏƏ ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur
Xəbəri paylaş