Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Külli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Külli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb


Newscenter.az.17.05.2019. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Newscenter.az-a DGK-dan bildirilib ki, yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib. Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 40280 ədəd "King nano charge 4", 17200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş