Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixotrop maddəni daxili bədən boşluğunda gizlətdi

Psixotrop maddəni daxili bədən boşluğunda gizlətdi


Newscenter.17.05.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş