Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında məktəblilərin rəsm əsərləri nümayiş olunub

2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında məktəblilərin rəsm əsərləri nümayiş olunub


Newscenter.az.18.05.2019. 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfransda "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsində iştirak edən əl işləri nümayiş olunub.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbirdə iştirak edən nümayəndə heyətləri ilə birgə nümayiş olunan rəsm əsərləri ilə tanış olub.

Qeyd edək ki, məktəblilər arasında keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsinə Bakı və regionlardan ümumilikdə 1500-dən çox rəsm əsəri daxil olub. Seçilən rəsm əsərləri və qaliblər 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçiriləcək sərgidə geniş iştimaiyyətə təqdim olunacaq.
Orxan
Xəbəri paylaş