Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobildən siqaret aşkar edildi

Avtomobildən siqaret aşkar edildi


Newscenter.az.18.05.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 2106" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin salonunda qabaq oturacaqlarının altında gizlədilmiş şəkildə 3600 ədəd "King" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş