Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir

Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir


Newscenter.az.20.05.2019. Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədir. Newscenter.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi,Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə baş tutan səfərin ilk günü qardaş respublikanın Samsun şəhərinə olub. Qonaqlar əvvəlcə Mustafa Kamal Atatürkün 100 il əvvəl gəldiyi əraziyə gedərək Samsun Limanında keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Nümayəndə heyəti daha sonra Mustafa Kamal Atatürk ve 18 silah yoldaşının Milli Mücadələni başlamaq üçün Samsuna çıxışının 100-cü ildönmü münasibətiylə Cumhuriyyət Meydanında keçirilən bayram tədbirlərinə qatılıblar.

Türkiyəyə səfər çərçivəsində Azərbaycan qaziləri və hərbi yönümlü QHT nümayəndələri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib . Ərdoğanın Samsunda verdiyi iftar süfrəsinə qatılıblar. İftar süfrəsindən sonra Rəcəb Tayyib Ərdoğanla səfər iştirakçılarının qısa söhbəti olub. Söhbətdə Emin Həsənli məlumat verib ki, iki qardaş ölkənin dövlət qurumları arasında olam yüksək səviyyəli münasibətlər QHT-lər müstəvisində də uğurla inkişaf edir. Azərbaycan və Türkiyə qaziləri arasında qarşılıqlı səfərlərin təşkili 4 il əvəl başlanıb və uğurla davam etdirilir. Nümayəndə heyətimizlə səmimi söhbət edən Rəcəb Tayyib Ərdoğana Azərbaycan və Türkiyə Prezidentlərinin birgə rəsmi və digər hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığının rəsmi https://www.tccb.gov.tr saytında prezdent Rəcəb Tayyib Ərdoğanın Samusnda səfərdə olan Azərbaycan qaziləri ilə görüşünü əks etdirən fotolar paylaşlıb.
Səfər proqramının ikinci mərhələsində İstanbul şəhərində Türkiyənin müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə turulur.
Xəbəri paylaş