Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında stolüstü tennis turniri keçirilib

Gənclər arasında  stolüstü tennis turniri keçirilib

Newscenter.az.20.05.2019. Sabunçu Gənclər Evinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində stolüstü tennis turniri keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, 50-yə yaxın gəncin iştirakı ilə stolüstü tennis turniri Sabunçu Gənclər Evində baş tutub. Yarışın sonunda I, II, III yerlər üzrə mükafatlandırma olub. Qaliblər sertifikat, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi "Sağlam gənclik, sağlam gələcək" layihəsi gənclərin sağlam inkişaf etmələri, sağlam mühitin formalaşması və bunun vərdiş halını alması üçün həyata keçirilir.
Xəbəri paylaş