Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

“Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib


Newscenter.az.20.05.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) şərqşünas-alim Nəriman Qasımzadənin təqdimatında “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar təşkil olunub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Aİİ-də müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər maarifləndirmə məqsədi daşıyır. Qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı onların bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətlərinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır.

Şərqşünas-alim Nəriman Qasımzadə “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda məruzə ilə çıxış edib. “Quran” kəlməsinin bir mənasının da “oxumaq” olduğunu vurğulayaraq, Müqəddəs Kitabın mətnində islahatçılıq anlamının xüsusi yer tutduğunu nəzərə çatdırıb.
Xəbəri paylaş