Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitənin rəhbərliyi qərb bölgəsində vətəndaşlarla görüşüb

Dini Komitənin rəhbərliyi qərb bölgəsində vətəndaşlarla görüşüb


Newscenter.az.21.05.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Newscenter.az-a Dini Qurumlarıa İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq mayın 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuz, sədrin birinci müavini Səyyad Salahlı Ağstafa, sədr müavini Gündüz İsmayılov isə Gədəbəy rayonunda vətəndaşların qəbulunu keçiriblər.

Qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinlərinin iştirak etdiyi qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.
Xəbəri paylaş