Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Azərbaycanlıları Assambleyası Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət etdi

Dünya Azərbaycanlıları Assambleyası Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət etdi


Newscenter.az.21.05.2019. Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi və həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası Rusiya hüquq mühafizə orqanlarının rəhbərlərinə, Rusiya Federasiyası Ombudsmanına, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət ünvanlayıb.

Newscenter.az-ın xəbərinə görə, Rusiya hüquq mühafizə orqanlarına və Ombudsmanına müraciətdə deyilir ki, jurnalistə qarşı bu cür qeyri-insani davranış qəbuledilməzfit və bu addım Rusiyanın insan haqlarının qorunması ilə bağlı öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq hüquq normalarına , qoşulduğu beynəlxalq konvensiyalara uyğun gəlmir:

“Bu hadisənin həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüff və hiddət doğurduğunu bildirir, jurnalistə qarşı qeyri insanı davranış göstərənlərin təcili cəzalandırılmasını sizdən rica edirik”

DAA-nın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində deyilir ki, səfir bu məsələyə müdaxilə etməlidir:

“Azərbaycan vətəndaşına, xüsusən jurnalistə qarşı bu cür aşağılayıcı, qeyri insani davranışın Rusiya Azərbaycan münasibətlərinin ruhuna adekvat olmadığını bildirir, ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri insani davranış götürənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik. Bununla yanaşı DAA Rusiyada fəaliyyət göstərən təşkilatların da bu qeyri insani davranışa qarşı həmrəy olub etiraz səsi çıxarmasının vacibliyini vurğulayaraq , bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının müxtəlif bölgələrində fəaliyyət göstərən təşkilatların etiraz səsini ucaltmasını, bu hadisədə günahkar olanların cəzalanmasına nail olana qədər etraz müraciətlərini, bəyanatlarını əsirgəməmələrinin zəruri olduğunu bildirib”.
Xəbəri paylaş