Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO

Təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO


Newscenter.az.21.05.2019. Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir. Mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə olunan və yerlərdəki komandirlərdən daxil olan məlumatlar xəritələrdə əks olunur.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki. mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Eyni zamanda səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu tərəfindən döyüşün gedişində atəşlə təlafat verilməsini effektiv təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.
Xəbəri paylaş