Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "Zara" mağazasında soyunub-geyinmə otağına kamera yerləşdirildi-VIDEO

Bakıda "Zara" mağazasında soyunub-geyinmə otağına kamera yerləşdirildi-VIDEO


Newscenter.az.22.05.2019. Bakıda "Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

Mediapress.az xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib. Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən "Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

"Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı "Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.
Video ilə aşağıdakı linkdə tanış ola bilərsiniz
http://mediapress.az/news/event/6316-bakida-zara-magazasinda-soyunub-geyinme-otagina-kamera-yerlesdirildi-video?fbclid=IwAR22GvUMsOb6Jt169hC9BbHzmwpHpOgnyYMRsyXQUNzvsYe4yPc-Jb2-uHc
Xəbəri paylaş