Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polad Bülbüloglu kokteyl məclislərinə qatılmaq və arayış satmagı bilir

Polad Bülbüloglu kokteyl məclislərinə qatılmaq və  arayış satmagı bilir


Newscenter.az.22.05.2019.
"Gərək insanın içindən gələ vətən sevgisi. Rusiyadakı səfirimiz Polad Bülbüloglunun heç tükü belə tərpənmir".

Newscenter.az xəbər verir ki. bu fikirləri Beynılxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli səsləndirib:

"Bu böyük vəzifəni daşıyan şəxs olaraq bu günə qədər Rusiyada yaşayan azərbaycanlıların çalışdıgı, oxudugu, məskunlaşdıgı yerləri ziyarət edibmi? Mən eşitməmişəm, görməmişəm . Polad Bülbüloglu fəaliyyətini ildə bir-iki protokol tədbiti keçirmək, kokteyl məclislərinə qatılmaq, bir də yəqin arayış satmagı bilir. Millətimiz Rusiyada pərən-pərən, necə ogullarımız suiqəsd nəticəsində öldürülüb, antiAzərbaycan qüvvələri hər gün daha da irəliyə gedərək ölkəmizə qarşı səlib yürüşü həyata keçirirlər. Bəs bizim səfirimiz nə edir?"
Xəbəri paylaş