Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “Hədis” yarışması təşkil olunub

Aİİ-də “Hədis” yarışması təşkil olunub


Newscenter.az.27.05.2019
. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Hədis” yarışması keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İnstitutun elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov münsiflər heyətində təmsil olunublar.

Yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını vurğulayıb.

Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov gənclərə müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib, iştirakçılara uğurlar arzulayıb.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Hədis” yarışmasında birinci yerə İsgəndər İsgəndərov, ikinci yerə Nəbi Məmmədov, üçüncü yerə isə Tofiq Feyzullayev layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbəri paylaş