Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransızlar sağa üstünlük verdi

Fransızlar sağa üstünlük verdi


Newscenter.az.27.06.2019. Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Hazırda səslər hesablanır. Hollandiyada ultramühafizəkar, antimiqrantçı Vilders 4% göstərici ilə mığlub olub.

Lakin AB-ın liderlərindən olan Fransada qatı anti AB-çı olan Marine Le Pen 24,5 % səslə qalib gəlib. Bu onu göstərir ki, fransalılar sağa üstünlük veriblər. Burada sarı jiletlilər aksiyalarının, anti Makron hərakatlarının böyük təsiri və rolu olub/ .AP-a seçkilərdə nəticələrə əsasən birinci pillədə, 173 yer və 23% səslə Avropa Xalq Partiyası gedir. İkinci pillə, 147 yer və 19,6% səslə Proqressiv alyans demokratlar və liberallar qərarlaşıb. Üçüncü yeri, 102 yer və 13,6% səslə Avropa üçün Liberal və Demokrat İttifaqı tutub.

Dördüncü yerdə ,Avropa Sərbəst İttifaqı və Yaşıllar 71 yer və 9,5% səslə qərarlaşıblar. Beşinci pillədə isə Avropa Mühafizəkarları və Reformistləri 58 yer və 7,7 % səs toplayıblar. AB-ın lideri və AP-da ən çox mandata(96 mandat)sahib Almaniyada Merkelin Xristian Demokratlar və Xristian sosialistlər (CDU/CSU) koalisiyası 28,6% səs toplayıb. Anti AB-çı olan AFD isə 10,8% səs toplayıb. Oktyabrda AB-dan ayrılması gözlənilən Britaniyada isə Brexit partiyası irəlidədir. Brexit partiyasını avroseptik bir partiya hesab edilir.
Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş