Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc bioloqların yaradıcılıq müsabiqəsi başa çatıb

Gənc bioloqların yaradıcılıq müsabiqəsi başa çatıb


Newscenter.az.27.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc bioloqların yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb.

Newscenter.az xəbər verir ki, müsabiqənin rayon mərhələsində 261 ümumi təhsil müəssisəsindən 783 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla qiymətləndiriləcək.
Müsabiqənin final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı və 2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işi də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaqlar.
R.Mehdiyeva
Xəbəri paylaş