Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Loqos” Bişkəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qadınlarının 2-ci Forumunda təmsil olunub

“Loqos” Bişkəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qadınlarının 2-ci Forumunda təmsil olunub


Newscenter.az.27.05.2019. Bişkəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qadınlarının 2-ci Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

Tədbirin əsas məqsədi Pekin Tədbirlər Platformasının ("Pekin + 25") icrasının həyata keçirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırılması istiqamətində, qlobal kontekstdə gender bərabərliyinin həyata keçirilməsi və qadınların Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) inkişaf gündəmində iştirakının artırılmasıdır.

Qırğız Respublikasının Qadın Konqresinin rəhbəri xanım Zamira Akbagişeva tərəfindən təşkil edilmiş tədbirdə Qırğız Respublikasının Baş Naziri və eks-prezidenti, Qazaxıstan Respublikası Baş Nazirinin müavini və Qazaxıstan Respublikasının Prezidenti yanında Qadınlar və Ailə - Demoqrafik Siyasət Komissiyasının sədri, Özbəkistan Respublikasının Baş Nazirinin müavini və Qadınlar Komitəsinin sədri, Çin Qadınlar Federasiyasının sədr müavini, ŞƏT təşkilatının Baş Katibinin müavini, Rusiya Qadınlar Birliyinin sədr müavini və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Məlumat üçün bildirək ki, tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova iştirak edib və “Dövlətin strateji yol xəritələrində qadınların səhiyyə və təhsildə müstəsna rolu” mövzusunda çıxış edibdir.
Xəbəri paylaş