Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA yeni layihəyə start verib

AAYDA yeni layihəyə start verib


Newscenter.az.29.05.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni televiziya layihəsinə start verib. Newscenter.az-a Agentlikdən bildirilib ki, layihənin adı “YOL İŞİ”dir.

Azərbaycan televiziyasında hər həftənin şənbə günü saat 13:30-da yayımlanan “YOL İŞİ” verilişində sizə yenidən qurulan, yeni inşa edilən yollardan sonra həmin ərazidə nələrin dəyişdiyindən, turizm, kənd təsərrüfatı, ümumilikdə iqtisadiyyatın inkişafında hansı müsbət irəliləyişin olduğundan, ən əsası yolların yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların rifah halının dəyişib-dəyişmədiyindən məlumat veriləcək. Təbii ki, veriliş boyu bütün bunları həm bu yoldan istifadə edənlərin, həm də yol boyu yaşayan vətəndaşların öz dilindən eşidə biləcəksiniz.

Yeni verilişin ideya müəllifi AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, ssenari müəllifi Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli, aparıcısı isə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Günay Rəhimovadır.

“YOL İŞİ” verilişinin ilk buraxılışı Lənkəran rayonu, Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna həsr edilib.
Anar
Xəbəri paylaş