Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada atıcılıq turniri keçirilib

Qubada atıcılıq turniri keçirilib


Newscenter.az.29.05.2019. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Quba rayon Təhsil Şöbəsi və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Quba rayonunda oğlan və qızların iştirakı ilə atıcılıq üzrə turnir keçirib.

Newscenter.az xəbər verir ki, rəsmi hissədə çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında əyləncəli öyrənmə üsulları ilə şanlı hərb tariximizin, sərkərdələrimizin, ordu quruculuğumuzun təbliği, milli qəhrəmanlarımızın tanıdılmasına nail olmaqdır. Natiq onu da bildirib ki, 3 ay davbam edəcək layihə çərçivəsində Quba və Qusar rayonlarında gənclərin hərbin sirlərinə yiyələnmələri və hərbi xidmətə formalaşdırılması məqsədilə tir atıcılığı və peyntbol üzrə turnirlər, eləcə də gənclər arasında idmanla məşğul olmanın və sağlam həyat tərzinin təbliği məqsədilə cüdo turnirlərinin keçirilməsi planlaşdırılıb. Layihədə ümumilikdə 300 nəfərə yaxın gənclin iştirakı nəzərdə tutulub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Eynulla Xeyrullayev bu kimi layihələrə dəstək verməyin əhəmiyyətndən danışıb, ölkədə vətəndaş cəmiyyəti institutunun inkişafı istiqamətində ölkə başıçısı cənab İlham Əliyevin yaratdığı imkanları vurğulayıb və Şuranın bu istiqamətdəki fəaliyyətlərdən bəhs edib.

Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Vüqar İmaməliyev çıxışında bu kimi layihələrin icra olunmasının yetişməkdə olan gənc nəsil arasında vətəndaşlıq və vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından əhəmiyyət daşıdığını bildirərək QHT-na Dövlət Dəstəyi Şurasına və eləcə də təşkilata minnətdarlıq edib.
Rəsmi hissədən sonra Quba şəhərindən 3 və kənd və qəsəbələrindən olan 12, ümumilikdə 13 komandanın iştirakı ilə turnirə start verilib.

Əsasnaməyə uyğun olaraq öncə qızların fərdi yarışı təşkil edilib. 8 nəfər nişançının mübarizəsindən Qəçrəş kənd təmsilçisi Rumayə Qılıncxanova qalib ayrılıb. Alekseyevka kənd təmsilçisi Ayğün Muğbilova ikinci, Vəlvələ kəndindən olan atıcı Əfsanə Məmmədova üçüncü yeri tutub.

Oğlanların şəxsi mübarizəsinə qatılan 38 nəfər arasında qalib adını Alekseyevka kənd təmsilçisi Aqil Umalatov qazanıb. Qəçrəş kənd təmsilçisi Əfsan Tapdıqov ikinci, Zizik kəndindən olan atıcı Alim Vəliyev üçüncü olub.

Komanda üzrə yarışların qızıl medallarını Qəçrəş kəndinin təmsil edən “Dəhşət” komandası qazanıb. Ərməki kəndinin “Zəfər” komandası ikinci, Alekseyevka kəndinin “Qartal” atıcıları isə üçüncü yeri tutublar.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.Turnirdə iştirak edən 46 nəfər gəncin hər birinə layihə çərçivəsində hazırlanmış bukletlər və Azərbaycanın hərb tarixinə aid məlumat kitabçaları paylanılmışdır.
Xəbəri paylaş