Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək

Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək


Newscenter.az.29.05.2019. Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “Q.Qarayev” stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Final oyununa bilet alan şəxslər həmçinin Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.
Anar
Xəbəri paylaş